"Hədəflərimizə çatmağa çalışacağıq" - Ürfan Abbasov

"Hədəflərimizə çatmağa çalışacağıq" - Ürfan Abbasov
ÖLKƏ FUTBOLU 15 Yanvar 2019 / 15:33 1091
-  A +

“Mövsümün ilk yarısı başa çatdıqdan sonra istirahətə buraxıldıq. Bütün komanda üzvləri kimi mən də bu müddətdən səmərəli istifadə etdim. Ailəmlə vaxt keçirmək imkanım oldu. Həm fiziki, həm də psixoloji cəhətdən yaxşı istirahət etdim. Bu da ikinci yarının hazırlıqları ərəfəsində müsbət hal oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin Ürfan Abbasov klubun saytına açıqlamasında deyib. Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirən futbolçu Bakıdakı hazırlıqdan da danışıb:

"Toplanışa gəlincə, öncə Bakıda bir araya gəldik. Paytaxtda keçirdiyimiz müddət ərzində verilən bütün tapşırıqları yerinə yetirdik. İstənilən səviyyədə məşq etməyə nail olduq. Ölkədəki toplanışı yoxlama oyunu ilə başa vurduq ki, bu görüş də ilk mərhələdə yaxşı hazırlıq keçdiyimizi təsdiqlədi".

Ü.Abbasov Antalya toplanışının yüksək səviyyədə  təşkil olunduğunu söyləyib: "Üç gündür Türkiyədəyik. Antalya toplanışı da yüksək səviyyədə təşkil olunub. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmaq imkanımız var. Bundan maksimum yararlanıb mövsümün həlledici hissəsində hədəflərimizə çatmağa çalışacağıq. Qarşıda bizi yoxlama oyunları da gözləyir. Bu matçlar hazırlıq baxımından çox önəmlidir. Belə görüşlər komandanın hazırkı durumunu, hansı komponentlərin üzərində çalışmalı olduğumuzu bir daha göstərir. Toplanışın sonuna qədər vaxt var ki, bunların da üzərində işləyib, ikinci yarıya tam hazır olacağıq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord