"Bu, hocanın haqqıdır" – Rəşad Sadıqov

"Bu, hocanın haqqıdır" – Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 15 Yanvar 2019 / 15:02 4421
-  A +

Türkiyənin "TRT Spor" telekanalı Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsindən reportaj hazırlayıb.

Qol.az-ın məlumatına görə, süjetdə Ağdam klubunun kapitanı Rəşad Sadıqovun da fikirlərinə yer verilib. 36 yaşlı müdafiəçi bu mövsüm yenə çempion olmaq istədiklərini bildirib: "Bizi çətin çempionat gözləyir. Əsas rəqibimiz bizdən 3 xal öndədir. Fasilədən sonra ilk oyunumuz onlarla olacaq. Yenə çempion olmaq istəyirik, sona qədər mübarizə aparacağıq. Amma necə olacağını Allah bilir".

Vaxtı ilə Türkiyədə "Kayserispor", "Kocaelispor" və "Eskişəhərspor" klublarının formasını geyinmiş R. Sadıqov bu mövsüm Superliqada "Başakşəhər"in çempion olmasını istəyir: "Bu mövsüm "Başakşəhər"in çempion olmasını çox istərdim. Çünki bu, Abdullah hocanın (Abdullah Avcı – red.) bunu haqqıdır. Komanda olaraq da buna layiqdirlər. Onların çempion olmasını ürəkdən istəyirəm".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın