Zədələnən Keynin ilkin durumu açıqlandı

Zədələnən Keynin ilkin durumu açıqlandı
DÜNYA FUTBOLU 15 Yanvar 2019 / 14:28 1828
-  A +

"Tottenhem"in futbolçusu Harri Keyn zədə səbəbindən ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Bildirilir ki, İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted”lə matçda topuğundan zədə alan 25 yaşlı hücumçunun şişi çəkiləndən sonra o, tibbi müayinədən keçəcək. Bu zaman onun bərpa müddəti məlum olacaq. Ancaq Keynin Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 13-ü "Borussiya"ya (Dortmund) qarşı keçiriləcək ilk oyuna kimi hazır olmayacağı gözlənilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı