İran klubu "Neftçi" ilə oynamaq istəyir

İran klubu "Neftçi" ilə oynamaq istəyir
XƏBƏR 15 Yanvar 2019 / 13:26 2425
-  A +

Antalyada təlim-məşq toplanışında olan İranın "İstiqlal" klubu "Neftçi" ilə yoxlama oyunu keçirmək istəyir.

Bu barədə Qol.az-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Tehran təmsilçisi sınaq matçı üçün "Neftçi"yə müraciət edib. Ancaq "ağ-qaralar"ın oyun proqramı əvvəlcədən müəyyənləşdirildiyi üçün hələlik onlara rəsmi cavab verilməyib. Məsələ açıq olaraq qalır.

Bu gün İran mətbuatı da "İstiqlal" və "Neftçi" klubları arasında yoxlama oyununun keçirilə biləcəyi ilə bağlı xəbər yayıb.

Qeyd edək ki, "Neftçi" əvvəldən nəzərdə tutulduğu kimi Antalyada Rumıniyanın "Qaz Metan” (18 yanvar), Çexiyanın "Slovan” (23 yanvar) və Bolqarıstanın "Beroe" ( 26 yanvar) klubları ilə qarşılaşacaq.


Son xəbərlər