"Neftçi" Karikarini icarəyə verdi

"Neftçi" Karikarini icarəyə verdi
XƏBƏR 15 Yanvar 2019 / 11:51 3510
-  A +

"Neftçi" hücumçusu Kvame Karikarini icarəyə verib.

Qol.az-ın məlumatına görə, qanalı futbolçu mövsümün sonuna kimi Birləşmir Ərəb Əmirliklərində çıxış edəcək. Dubay klublarının birindən təklif alan 26 yaşlı forvard hazırda bu komandanın düşərgəsindədir. Tibbi baxışdan keçdikdən sonra onunla 6 aylıq rəsmi müqavilə bağlanacaq.

Qeyd edək ki, Karikari bu mövsümün əvvəlində "Neftçi"yə cəlb olunub. Onun paytaxt klubu ilə 2020-ci ilin yayına qədər müqaviləsi var.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki