"Böyük məmnuniyyətlə sabiq klubuma qayıdardım" - "Qəbələ"nin legioneri

"Böyük məmnuniyyətlə sabiq klubuma qayıdardım" - "Qəbələ"nin legioneri
MÜSAHİBƏ 15 Yanvar 2019 / 11:09 4214
-  A +

"Qəbələ"nin albaniyalı yarımmüdafiəçisi Sabien Lilay ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, bu mövsümün əvvəlində "Skenderbeu" klubundan transfer olunan futbolçu əyalət təmsilçisindəki çıxışından və ölkəsinə mümkün qayıdışından danışıb.

- Bu mövsümdən fərqli liqada oynayırsınız. Demək olar ki, əsas heyəti üzvüsünüz, amma hələ də qol vurmamısınız. Bu vəziyyəti necə şərh edərdiniz?

- 6 aydır Azərbaycan çempionatında çıxış edirəm. Düz vurğuladınız ki, hələlik qol hesabını aça bilməmişəm. Bəlkə də bu daha çox müdafiə xəttinin önündə oynamağımla bağlıdır. Ola bilər ki, bir az da bəxtim gətirmir, çünki iki dəfə vurduğum top qapı dirəyinə tuş gəlib. Ümid edirəm ki, mövsümün ikinci hissəsində tilsimi qıracağam.

- Komandanız mövsümə yaxşı başlamadı. Bunun nəticəsidir ki, 14 turdan sonra cəmi 17 xal toplamısınız. Belə olacağını gözləyirdiniz?

- Düzü. gözləmirdim. Amma komandada çox dəyişiklik olub. Yeni baş məşqçi gəlib. İlk mərhələdə xeyli problemimiz oldu. İkinci dövrədə komandada irəliləyiş oldu, çünki artıq futbolçular bir-birilərini daha yaxşı tanıyırdılar. İnanıram ki, mövsümün ikinci yarısı uğurlu alınacaq.

- "Qarabağ"ın formasını geyinən Ansi Aqolli ilə eyni çempionatda çıxış edirsiniz. Onun komandası ilə qarşılaşmada 1:4 hesabı ilə uduzdunuz. Digər alban futbolçu qarşısında bu məğlubiyyəti necə qarşıladınız?

- "Qarabağ" çempionatın ən yaxşı komandasıdır. Ardıcıl bir neçə ildir çempion olurlar. Oynamağa hazır 30 futbolçusu var. Bu komanda ilə digərləri arasında fərq böyükdür. Aqolli ilə növbəti qarşılaşmamızda, ümid edirəm ki, revanşı alaram.

- Karyeranızın böyük hissəsini Albaniya çempionatında keçirmisiniz. İndi isə kənardasınız. Superliqanı izləyirsinizmi?

- Düzünü deyim, oyunları izləməyə imkanım olmur. Yalnız istirahət üçün ölkəyə gəldiyim zaman "Kamza" ilə "Skenderbeu" arasındakı qarşılaşmanın bir hissəsinə baxdım. "Skenderbeu" 0:1 hesabı ilə məğlub oldu. Açığı, heç də yaxşı oyun deyildi. Mümkün olduğu qədər Albaniya çempionatı barədə məlumat toplamağa çalışıram.

- Bir gün sabiq komandanız "Skenderbeu"dan təklif alsanız, cavabınız necə olar?

- Əlbəttə ki, "hə" deyərəm. "Skenderbeu" mənim ailəm, evim, doğulduğum şəhərdir. Böyük məmnuniyyətlə yenidən ora qayıdardım. Ümid edirəm ki, geri dönəcəyəm.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı