AFFA-da seminar keçirilib

XƏBƏR 21 Yanvar 2009 / 17:26 2400
-  A +

Bu gün AFFA-nın inzibati binasında «UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə milli vəsait»in (versiya - 2.1) «Kadr və inzibati» meyarlar bölməsinin P.05 bəndinə uyğun olaraq, klubların mətbuat xidmətlərinin rəisləri üçün seminar keçirilib. Qol.Az-ın məlumatına görə, AFFA-nın seminarı giriş sözü ilə açan AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev bu prosesin vacibliyini tədbir iştrakçılarının diqqətinə çatdırıb. Daha sonra söz AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quluyevə verilib. M.Quluyev futbol klublarında mətbuat xidmətinin işinin düzgün qurulması, ictimaiyyətə dolğun və operativ informasiyaların çatdırılmasında mətbuat xidmətinin rolunun nədən ibarət olması barədə fikirlərini bildirib.
Qeyd edək ki, seminarda iştirak edən mətbuat xidməti nümayəndələrinə müvafiq sertifikatlar təqdim olunacaq.

 


Son xəbərlər