"Qəbələ"nin Antalyada ikinci günü - Şəkillər

"Qəbələ"nin Antalyada ikinci günü - Şəkillər
XƏBƏR 14 Yanvar 2019 / 21:59 1576
-  A +

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” hazırlıq prosesinin ikinci gününü arxada qoyub. Komanda günü iki məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçirilən məşq prosesləri toplu və topsuz çalışmalardan ibarət olub.
 
“Qaradağ Lökbatan”la yanvarın 12-də Bakıda keçirilən yoxlama oyununda zədələnən Ceyms Adeniyi fərdi hazırlıq keçib. Onun iki günə kollektiv çalışmalara qatılacağı gözlənilir.




























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər