"Mourinyo ilə futboldan zövq almaq çətin idi" - Poqba

"Mourinyo ilə futboldan zövq almaq çətin idi" -  Poqba
DÜNYA FUTBOLU 14 Yanvar 2019 / 17:30 3295
-  A +

"Futboldan zövq alıram. Mourinyonun sistemi ilə bunu etmək çətin idi. Daha çox hücumda oynamaq, pressinq etməyi xoşlayıram".

Qol.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in futbolçusu Pol Poqba "Sky Sports"a açıqlamasında deyib.

Fransa millisinin üzvü Joze Mourinyonun komandadan göndərilməsindən sonra daha sərbəst oynadığını bildirib: "Müdafiədə oynamaq mənə uyğun deyil. İndi çıxış etdiyim mövqedə komanda yoldaşlarımla bir-birimizi daha yaxşı başa düşürük. Hesab edirəm ki, indi özüm üçün ən uyğun yerdə oynayıram.
Mənə arxada Matiçlə Herrera kömək edir. Onlara görə irəli çıxa, rəqibə təzyiq göstərə bilirəm. Mən bunu yeni baş məşqçimizin gəlişindən sonra etməyə başladım. İndi özümü sərbəst hiss edirəm".

İngiltərə Premyer Liqasının son turunda "Tottenhem"lə görüşdə qol ötürməsini edən 26 yaşlı yarımmüdafiəçi qələbənin vacibliyini vurğulayıb: "Qələbə çox vacib idi. Rəqibə də xal lazım idi, bizə də. Qalib gəldiyimiz üçün qürur duyuram. Bəli, qol ötürməm əla alındı. Bunun üzərində işləmişdik. "Tottenhem"in zəif tərəfini bilirdik. Bizə hücumun istiqamətini dəyişmək lazım idi və bu, əla alındı".

Qeyd edək ki, bir müddət əvvəl Mourinyo ilə yola getməyən Poqbanın komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord