21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin köməkçiləri müəyyənləşib.
42 yaşlı mütəxəssisin köməkçilərindən biri "Sumqayıt" klubunun əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov olub. M. Obradoviçin digər köməkçisi isə ukraynalıdır. Bu, Azərbaycana gələnədək Estoniyanın "Nimme Kalyu" klubunun əvəzedici komandasına rəhbərlik etmiş Roman Kojuxovskidir.
Nəhayət, Draqoslav Poleksiç yeni baş məşqçiyə qapıçılarla iş üzrə məşqçi kimi yardımçı olacaq.
Qeyd edək ki, Milan Obradoviç Azərbaycanın U-21 yığmasına yanvarın 11-də baş məşqçi təyin edilib. (Report)
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında