“Neftçi” Rivaldonun oğlunu alır?

“Neftçi” Rivaldonun oğlunu alır?
ÖLKƏ FUTBOLU 14 Yanvar 2019 / 13:21 7021
-  A +

Əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyo karyerasını Azərbaycanda davam etdirə bilər.

Qol.az-ın Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, Sofiya “Levski”sinin futbolçusu menecerlər vasitəsilə “Neftçi”yə təklif olunub. Hücum xəttini gücləndirməyi planlaşdıran “ağ-qaralar”ın da 23 yaşlı forvardın xidmətində maraqlı olduğu bildirilir.

Qeyd edək ki, ötən ilin yanvarından “Levski”nin formasını geyinən Rivaldinyo 13 oyunda 1 qol vurub. O, daha əvvəl "Boavişta"( Portuqaliya) və Buxarest "Dinamo"su kimi klublarda da çıxış edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı