Mançini İtaliya millisindəki hədəflərini açıqladı

Mançini İtaliya millisindəki hədəflərini açıqladı
DÜNYA FUTBOLU 12 Yanvar 2019 / 19:38 2103
-  A +

İtaliya millisinin baş məşqçisi Roberto Mançini qarşısında duran hədəfləri açıqlayıb.

Qol.az-ın ""Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis yığmanı dünya və Avropa çempionu etmək istədiyini bildirib:

"Biz hamımız 80-90-cı illərdə futbolu inanılmaz dərəcədə dəyişən Arriqo Sakkinin yolu ilə gedirik. Mən həmişə təşəbbüsə malik olan və daim hücum edən komandaya rəhbərlik etmək istəyirəm. Bunlardan hansısa indi bizdə alınır. Ancaq qollar vurmaq üçün daha çox epizod yaratmalıyıq.

İtaliya millisinə təyinat gözlənilməz bir şeydir. Bu, çox iddialı bir yanaşma tələb edir. Misal üçün, mən futbolçularımla birlikdə Avropa və dünya çempionluğunu qazanmaq istəyirəm. Bir neçə yığma 2-3 dəfə buna nail olub. Mən başa düşə bilmirəm ki, niyə İtaliya kimi supergücə sahib futbol ölkəsi bunu təkrarlaya bilmir. Bu, arzudur".

Qeyd edək ki, Mançini ötən ilin may ayından İtaliya millisinə başçılıq edir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki