"Qarabağ"ın rəqibi dəyişdi - "Paxtakor"un əvəzinə "Uypeşt"

"Qarabağ"ın rəqibi dəyişdi - "Paxtakor"un əvəzinə "Uypeşt"
ÖLKƏ FUTBOLU 12 Yanvar 2019 / 16:37 2695
-  A +

"Qarabağ"ın Antalyada yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri dəyişib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi toplanış zamanı ikinci yoxlama matçında Özbəkistan "Paxtakor"unun əvəzinə, Macarıstanın "Uypeşt" komandasıyla qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Antalya toplanışının ləğv olunmasıdır.

Qeyd edək ki, "Qarabağ" - "Uypeşt" qarşılaşması yanvarın 16-da olacaq. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord