"Sabah" qələbə ilə başladı

"Sabah" qələbə ilə başladı
ÖLKƏ FUTBOLU 12 Yanvar 2019 / 18:20 5518
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama oyununu keçirib.
 
Qol.az xəbər verir ki, Elşad Əhmədovun komandası Türkiyənin birinci liqasında çıxış edən “Əskişəhərspor”la qarşılaşıb. Antalyada "İC Santai" otelinin stadionunda keçirilən görüş Bakı klubunun qələbəsi ilə başa çatıb. Gənc hücumçu Emil Qasımovun 68-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub.

Qeyd edək ki, Premyer Liqamızın debütantı növbəti qarşılaşmasını yanvarın 16-da Qazaxıstan “Tobol”una qarşı  keçirəcək. 

12 yanvar

Yoxlama oyunu

16:30. “Sabah” (Azərbaycan) – “Əskişəhərspor” (Türkiyə) - 1:0
Qol:
Emil Qasımov, 68

Daha çox


Son xəbərlər