"Futbolçular arasında rəqabətin olmasını istəyirik" - Ayxan Abbasov

"Futbolçular arasında rəqabətin olmasını istəyirik" - <b style="color:red">Ayxan Abbasov </b>
XƏBƏR 11 Yanvar 2019 / 21:15 1076
-  A +

"Yanvarın 4-dən etibarən məşqlərimiz davam edir. Futbolçular qış fasiləsindən sonra istər-istəməz tam formada olmurlar, lakin, plana əsasən keçirilən məşqlərdən sonra yoxlama oyunu bizim üçün önəmli idi. Futbolçular da özlərini yaxşı cəhətdən göstərməyə çalışdılar".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Şüvəlan"a 4:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.

"Bugünkü oyunda əsas istəyimiz hərəkətli oyun görmək idi. Yeni transferlərimizin hər üçü bu gün meydanda oldu. Yavaş-yavaş onlar da komandaya uyğunlaşır. Çalışırıq transferlərlə heyətimizi daha da gücləndirək. Bütün mövqelərdə futbolçular arasında rəqabətin olmasını istəyirik. Ümid edirəm ki, Antalya toplanışı ərzində bu məsələni həll etmiş olacağıq" - deyə o bildirib.

 

Daha çox


Son xəbərlər
19.01.19  20:10

Millimizdən qələbə