«İnter»in məşqçisi və futbolçularının «Reqar-TadAZ»la oyunla bağlı fikirləri

XƏBƏR 21 Yanvar 2009 / 17:12 2548
-  A +

Qol.Az-ın Moskvada olan müxbiri «İnter» - «Reqar-TadAZ» oyunundan sonra Bakı klubunun məşqçisinin və futbolçularının oyunla bağlı fikirlərini öyrənib.

Elxan Abdullayev (məşqçi): “Komandanı təbrik edirəm, yarımfinala çıxdıq. Qarşıda bizi daha güclü rəqiblər gözləyir. Hazırlaşırıq, yalnız birinci yer üçün oynayacağıq”.

İon Testimitsianu: “Bugünkü oyunda oynamamağım baş məşqçinin qərarı idi. Çünki dincəlməyə ehtiyacım vardı. Oyun gərgin keçdi və şadam ki, qələbə qazandıq”

Əliyar İsmayılov: “Məqsədimiz yarımfinala çıxmaq idi, buna da nail olduq. Oyun çətin keçdi. Amma biz yaxşı oynadıq və nəticədə qalib gəldik”

Branislav Çervenka: “Rəqib yaxşı oynadı, bunu gözləmirdik. Kifayət qədər sürətli oynadılar. Bizim komandada isə yorğunluq var idi. İki günə iki oyun oynadıq. İndi istirahət üçün bir günümüz var. Güc yığmağa çalışacağıq”

Xaqani Məmmədov: “Oyun maraqlı alındı. Bir az yorğunluq vardı. Üstəlik hesabda irəlidə olduğumuz zaman bir qədər də arxayınlıq yarandı. Amma əsas olan qələbə idi, onu da qazandıq”

Oleq Şışkin: “Biz üstün idik. İki qol vurduq və qalib gəldik. 5 günə 4 oyun oynadıq. Buna görə komandada yorğunluq vardı. Çalışacağıq bunu aradan qaldıraq”.


 


Son xəbərlər