Xorvatiya yığmasında itki - millimizlə oyunu buraxacaq

Xorvatiya yığmasında itki -  millimizlə oyunu buraxacaq
ÖLKƏ FUTBOLU 11 Yanvar 2019 / 15:48 2138
-  A +

AÇ-2020-nin seçmə mərhələsində ilk oyununu millimizə qarşı keçirəcək Xorvatiya yığması görüşə ciddi itki ilə çıxacaq.

Qol.az xəbər verir ki, UEFA komandanın aparıcı üzvlərindən olan  Deyan Lovreni bir oyunluq cəzalandırıb.

Buna səbəb "Liverpul"lu müdafiəçinin Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda evdə İspaniyanı 3:2 hesabı ilə məğlub etdikləri görüşün ardından sosial şəbəkədə rəqib oyunçuları təhqir etməsi olub.

Qeyd edək ki, Xorvatiya martın 21-də öz meydanında millimizlə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı