"Rüfət aparıcı oyunçumuzdur" - alman məşqçi

"Rüfət aparıcı oyunçumuzdur" - <b style="color:red"> alman məşqçi</b>
ÖLKƏ FUTBOLU 11 Yanvar 2019 / 11:10 1295
-  A +

"Eksperiment etməyə vaxtımız yoxdu. Heyəti mövsümün əvvəlində formalaşdırmışıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Proyssen"in baş məşqçisi Marko Antverpen "Bild"ə açıqlamasında deyib.

Mövsümün ikinci yarısının hazırlıqları ilə bağlı danışan almaniyalı çalışdırıcı millimizin üzvü Rüfət Dadaşov barədə də fikir bildirib: "Yaxşı kollektivimiz var. Müdafiəçilər Ole Kittner, Lion Şvers, yarımmüdafiəçilər Rene Klinqenburq, Kevin Pires Rodriges və hücumçu Rüfət Dadaşov bizim aparıcı oyunçularımızdır. Yanvarın 26-da yeni ilin ilk rəsmi matçında "Karl Zeys Jena"nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam. Yoxlama görüşlərində isə digər oyunçulara özlərini göstərmək üçün çox oyun şansı verəcəm".

Qeyd edək ki, "Proyssen" Almaniya 3-cü Bundesliqasında 20 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşır.
 

Daha çox


Son xəbərlər