"Heç kimlə danışmamışam" - Mourinyo

"Heç kimlə danışmamışam" - <b style="color:red"> Mourinyo</b>
DÜNYA FUTBOLU 10 Yanvar 2019 / 22:00 2353
-  A +

“Xəbər yaratmağı xoşlamıram, amma Portuqaliyada işləmək fikrim yoxdur. “Benfika” kimi böyük klubun səninlə maraqlanması əladır. Ancaq mənimlə heç kim əlaqə saxlamayıb”.

Qol.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo “goal.com”a açıqlamasında deyib.

“Benfika”dan təklif alması ilə bağlı yayılan xəbərləri təkzib edən portuqaliyalı mütəxəssis  İtaliya və İspaniya klubları ilə də danışıq aparmadağını bildirib:  “Əvvəllər çalışdığın kluba qayıtmaq böyük şərəfdir. Ancaq mən heç kimlə danışmamışam”.

Mourinyo hazırda dincəldiyini və ona belə çox rahat olduğunu əlavə edib: "İndi məşqçilik etmirəm. Şadam ki, haqqımda danışmırlar. Bunun belə davam etməsi üçün az danışmalıyam. İndi sakitlik hüququm var. Son bir neçə ildə qazandığım təcrübəyə əsasən təhlillər aparmalıyam. Hər şeyi düşünüb, sonra addım atmaq istəyirəm". 
 

Daha çox


Son xəbərlər
25.06.19  14:20

"San-Siro" sökülür

25.06.19  13:08

Emil Balayev zirvədə

24.06.19  20:30

"Milan"da ayrılıq