UEFA-dan "Qəbələ"yə 25 min avro

UEFA-dan "Qəbələ"yə  25 min avro
XƏBƏR 10 Yanvar 2019 / 17:54 1805
-  A +

UEFA Gənclər Liqasındakı çıxışına görə "Qəbələ" klubuna ödəniş edib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə,UEFA Gənclər Liqasının 2018/2019-cu il mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirin ikinci mərhələsində müvafiq komandası iştirak etmiş “Qəbələ” klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25 min avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Qeyd edək ki, "Qəbələ"  UEFA Gənclər Liqasının birinci mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:1, 3:1. Komanda ikinci mərhələdə "Herta"ya uduzaraq (0:1, 1:3) turnirlə vidalaşıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın