Millimizin üzvü "Beşiktaş"ın əsas heyətində oyuna çıxdı

Millimizin üzvü "Beşiktaş"ın əsas heyətində oyuna çıxdı
ÖLKƏ FUTBOLU 10 Yanvar 2019 / 17:30 5120
-  A +

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Hüseyn Seyliğli "Beşiktaş"ın əsas heyətində növbəti oyununu keçirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Antalyada təlim-məşq toplanışında olan İstanbul klubunun "Helmond Sport"la yoxlama oyununda (1:0) iştirak edən gənc müdafiəçi "Afyonspor"la matçda da oynamaq şansı qazanıb. Oyuna start heyətində başlayan Hüseyn fasilədə əvəzlənib. O, 44-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. U-19 yığmamızın üzvü Ege isə 86-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, sözügedən oyun "Beşiktaş"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər