"Sulşerin startı mənimkindən yaxşıdır" - Qvardiola

"Sulşerin startı mənimkindən yaxşıdır" - Qvardiola
DÜNYA FUTBOLU 10 Yanvar 2019 / 15:36 2731
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola həmkarı Ole-Qunnar Sulşerin "Mançester Yunayted"dəki işini dəyərləndirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə,təcrübəli mütəxəssis norveçli çalışdırıcının İngiltərə klubundakı startının onunkundan yaxşı olduğunu deyib: "Onun "Mançester Yunayted"dəki startı mənim "Mançester Siti"dəki ilk oyunlarımdan daha yaxşıdır. Mən birinci matçımda (red- "Bavariya" ilə yoxlama oyunu) uduzmuşdum. Sonra iki heç-heçə etmişdim. O, isə indiyə kimi bütün matçlarda qələbə qazanıb. Sulşer möhtəşəm nəticələr əldə edir. Onların oyunlarının bir neçə dəqiqəsini görmüşəm. Yaxşı oynayırlar".

Qeyd edək ki, istefaya göndərilən Joze Mourinyonu əvəzləyən Sulşer "MY"dakı 5 oyununun hamısında qələbə qazanıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord