"Qəbələ" gürcü hücumçu ilə maraqlanır

"Qəbələ" gürcü hücumçu ilə maraqlanır
ÖLKƏ FUTBOLU 10 Yanvar 2019 / 12:47 2867
-  A +

"Qəbələ" heyətini yeni hücumçu ilə gücləndirə bilər.

Klubun baş meneceri Zaur Əzizovun Qol.az-a verdiyi məlumata görə, əyalət təmsilçisi Gürcüstanın "Saburtalo" klubunun forvardı Davit Volkovi ilə maraqlanır. Ancaq klub rəsmisi hələlik 23 yaşlı futbolçuya rəsmi təklif göndərmədiklərini bildirib:

"Bir neçə futbolçu ilə maraqlanırıq. Onların arasında Volkovinin də adı var. Amma hələlik ortada rəsmi heç nə yoxdur. Futbolçuya təklif göndərməmişik".

Qeyd edək ki, peşəkar karyerasına 2012-ci ildə "Qaqra" klubunda başlayan Volkovi 2013-2015-ci illərdə Tiblisi "Dinamo"sunun üzvü olub. O, 2017-ci ildən "Saburtalo"da çıxış edir. Volkovi bu klubun heyətində Gürcüstan çempionatında 45 oyuna 18 qol vurub. 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı