UEFA "feyr-pley" qaydalarını sərtləşdirir

UEFA "feyr-pley" qaydalarını sərtləşdirir
DÜNYA FUTBOLU 10 Yanvar 2019 / 12:11 2110
-  A +

UEFA yaxın vaxtlarda maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirməyə hazırlaşır.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu Avropa klublarının  futbolçu transferi üçün məbləğin cəmini maksimum 3 il ərzində ödəməyini istəyir.

Bildirilir ki, PSJ 2017-ci ildə Neymarı "Barselona"dan 222 milyon avroya transfer edib. Ancaq maliyyə sənədlərində bu məbləğ 5 ilə bölünüb. Fransa klubunun ildə 44.4 milyon ödənməsi maliyyə feyr-pleyini pozuntusundan qaçmağa imkan verir.
 
UEFA-yeni qaydaları qüvvəyə minəcəyi təqdirdə isə həmin məbləği cəmi 3 ilə ödəmək məcburiyyətində qalacaq.Bu halda, PSJ illik 74 milyon avro təzminat ödəyəcək.


Son xəbərlər