"Qəbələ"nin futbolçusu Türkiyə klubunda?

"Qəbələ"nin futbolçusu Türkiyə klubunda?
ÖLKƏ FUTBOLU 10 Yanvar 2019 / 10:25 3462
-  A +

"Qəbələ"nin futbolçusu Lalavele Atakora yenidən Türkiyədə oynaya bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Dənizlispor" toqolu yarımmüdafiəçi ilə maraqlanır. Türkiyə birinci liqa təmsilçisinin 29 yaşlı oyunçu ilə artıq danışıqlara başladığı bildirilib.L.Atakoranın qardaş ölkəyə qayıtmağa müsbət baxdığı iddia olunub.

Qeyd edək ki, Lalavele Atakora 2013/2014 mövsümündə "Balıkesirspor"da, 2017/2018 mövsümündə "Adana Dəmirspor"da oynayıb. O, 2018-ci il iyulunda "Qəbələ" ilə 1+1 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord