“Ayaz Quliyev unikal futbolçudur” – erməni məşqçi

“Ayaz Quliyev unikal futbolçudur” – <b style="color:red"> erməni məşqçi</b>
ÖLKƏ FUTBOLU 9 Yanvar 2019 / 18:00 3034
-  A +

Rusiyalı mütəxəssislər “Rostov”un yarımmüdafiəçisi Ayaz Quliyevin “Spartak”a mümkün qayıdışına münasibət bildiriblər.

Qol.az-ın “Sport-Express”nəşrinə istinadən yaydığı xəbərə görə, onlar azərbaycanlı futbolçunun Moskva klubunda möhkəmlənə biləcəyini düşünürlər.

22 yaşlı oyunçu haqda fikir bildirənlər arasında “Anji”nin sabiq baş məşqçisi Aleksandr Qriqoryan da var. Erməni məşqçi 2017-ci ildə cəmi 6 oyunluq çalışdırdığı Mahaçqala təmsilçisində rəhbərliyi altında oynamış azərbaycanlı haqda ağızdolusu danışıb:“Ona inanmaq lazımdır. Hərdən emosionallığı intizamsızlığa gətirib çıxarır. Amma əslində isə olduqca intizamlı oğlandır. Bu gün “Spartak”da Ayaz Quliyev kimi sürətli futbolçu varmı? O, çox unikal oyunçudur. Həm müdafiədə, həm də hücumda çox fəaldır. Əgər söhbət 4-3-3 taktiki sxemindən gedirsə, Ayazı daha çox cinah yarımmüdafiəçisi kimi görürəm. O, özündə həm hücumçu, həm də müdafiəçi keyfiyyətlərini birləşdirir. İlk dəfə oyununu görəndə, onun topla sürətli rəftarı, driblinqi, ani qərar verməsi və komanda yoldaşlarını yaxşı başa düşməsi diqqətimi çəkmişdi. Mərkəz yarımmüdafiəçilərində bu cür keyfiyyətlərə nadir hallarda rast gəlmək olur. Düşünürəm ki, ondan düzgün istifadə olunsa, gələcəkdə Rusiya millisinin üzvünə çevrilə bilər”.

Qeyd edək ki, Azərbaycan millisinə çağırılması da gündəmdə olan Ayazın bu gün “Spartak”la uzunmüddətli müqavilə bağlayacağı gözlənilir.
 

Daha çox


Son xəbərlər
16.06.19  10:11

Yaya Ture Çin klubunda

15.06.19  18:26

"Real"dan "Atletiko"ya