"Qarabağ"dan növbəti transfer - rəsmi

"Qarabağ"dan növbəti transfer -  rəsmi
ÖLKƏ FUTBOLU 9 Yanvar 2019 / 16:00 8069
-  A +

Bu mövsümün əvvəlində "Qəbələ"dən 1 illik icarə əsasında "Qarabağ"a keçən Hacıağa Hacılı Ağdam təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, "Qarabağ" gənc yarımmüdafiəçini tam hüquqlarıyla transfer edib. Futbolçu ilə bağlanan yeni müqavilənin müddəti 4 ildir.

Qeyd edək ki, "Qarabağ" qış transfer pəncərəsində sabiq futbolçusu Reyaldo Silvanı da heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər