"Zirə”dən ikinci transfer

"Zirə”dən ikinci transfer
ÖLKƏ FUTBOLU 9 Yanvar 2019 / 15:09 2191
-  A +

“Keşlə”dən ayrılan Orxan Sadıqlı karyerasını “Zirə”də davam etdirəcək.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, “qartallar”la razılıq əldə edən qolkiperin 1-2 gün ərzində rəsmi müqaviləyə imza atacağı gözlənilir. Sözləşmənin müddəti mövsümün sonuna kimidi olacaq.

Orxan “Zirə”nin qış fasiləsində 2-ci transferidir. Samir Abasovun komandası daha əvvəl “Sumqayıt”dan Bəxtiyar Həsənalızadəni heyətinə qatıb.

Qeyd edək ki, Orxan mövsümün ilk hissəsini icarə əsasında “Sumqayıt”da keçirmişdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı