Qurban Qurbanovdan transfer açıqlamaları

Qurban Qurbanovdan transfer açıqlamaları
MÜSAHİBƏ 8 Yanvar 2019 / 14:48 7870
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müsahibə verib. Təcrübəli mütəxəssis qış fasiləsində gözlənilən transferlərlə bağlı danışıb.

- Hələlik yeganə transferiniz Reynaldo Silvadır. Bu istiqamətdə işlər necə gedir?

- Güclənməyə ehtiyacımız var və komandaya bir neçə yeni futbolçu cəlb etmək istəyirik. İndi hər şey danışıqlar mərhələsindədir. Maraqlandığımız konkret futbolçular var. Hələlik heç kimlə razılaşmamışıq.

- Yəqin ki, Riçard Almeyda bu siyahıda ilk sıradadır.

- Biz hər zaman onu öz komandamızda görməyə şad olarıq. Amma "Astana" ilə yaxşı şərtlərlə müqaviləsi var. Hələlik Riçard haqda bir şey deyə bilmərəm. Əgər onun dönüşü üçün şərtlər bizə uyğun olsa, onu komandada görmək istəyərik.

- Deməli, onun yaxın vaxtlarda "Qarabağ"a qayıtması mümkünsüz görünmür.

- Mümkünsüz deməzdim. Amma hələ rəsmi danışıq olmayıb.

- Reynaldodan başqa, yeni futbolçu almamısınız. Demək olarmı ki, yeni futbolçu transfer etməkdə müəyyən çətinliklər var?

- Qış transfer pəncərəsində ehtiyacın olan futbolçunu almaq hər zaman çətin olur. Hərdən futbolçuların özləri ilə anlaşa bilmirik, hərdən də klubları ilə çətinlik yaşayırıq. Gizlətmirəm, bu cür problemlər var.

- İslandiyalı qapıçı Hannes Halldorsson yanvarda "Qarabağ"dan ayrılacaq?

- O, hələlik komanda ilə birlikdədir.

- Amma gedə bilər?

- Nə vaxt konkret təklifləri olsa, o vaxt bu barədə danışa bilərik.

- Delarjın məsələsi nə yerdədir? "Qarabağ"dan göndəriləcəyi gözlənilsə də, komandanın düşərgəsindədir.

- Transfer məsələləri heç də hər zaman 1-2 günün içində həll olunmur. Necə ki, kimisə asanlıqla transfer edə bilmirik, eləcə də sadaladığınız oyunçuların bizimlə müqaviləsi var. Durduğu yerdə heç kim getmir.

- Qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etmək barədə necə, düşünmüsünüz?

- Onunla buna bənzər söhbətimiz gözlənilir.

Mənbə: azerisport.com

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı