"Qəbələ" hazırlığa başladı - Şəkillər

"Qəbələ" hazırlığa başladı -  Şəkillər
ÖLKƏ FUTBOLU 6 Yanvar 2019 / 21:05 1752
-  A +

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün Bakıda bir araya gələn “qırmızı-qaralar” ilin ilk məşqini Biləcəri Futbol Mərkəzində gerçəkləşdirib.
 
Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi yüngül qaçışla başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq fiziki təmrinlərin icrası ilə davam etdirilib. Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər. Hazırlıq prosesində “Qəbələ”nin yeni transferi Anar Nəzirov da iştirak edib.

Xatırladaq ki, “qırmızı-qaralar” yanvarın 13-dək paytaxtda məşq edib, ardınca Türkiyəyə yollanacaq
























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı