«Xəzər-Lənkəran»ın yeni rəqibləri

XƏBƏR 21 Yanvar 2009 / 16:20 2798
-  A +

“Xəzər Lənkəran”ın Antalya toplanışını davam etdirir. Qol.Az-ın məlumatına görə,  komandamız praktiki olaraq iki gündən bir qüvvəsini yoxlama oyunlarında sınayır. İqor Ponomaryov Azərbaycana dönənədək daha üç oyun keçirməyi planlaşdırır.
Komandanın növbəti iki rəqibi Qazaxıstan klubları olacaq. «XL»  sabah “Atırau”, yanvarın 24-də isə “Taraz”la qarşılaşacaq. Qeyd edək ki, “Taraz” ötən mövsümün yekunlarına görə Qazaxıstan Premyer-liqasına vəsiqəni təmin edib. «XL» Antalyada sonuncu yoxlama oyununu isə daha ciddi rəqibə qarşı keçirəcək. Komanda yanvarın 27-də (toplanışın sonuncu günü) ikinci bundesliqanın liderlərindən biri, elitaya vəsiqə uğrunda mübarizə aparan Ahen “Alemanniya”sıyla qarşılaşmağı planlaşdırıb.
Qeyd edək ki, bu vaxtadək “Xəzər Lənkəran” Antalyada dörd sınaq matçı keçirib və bu oyunlardan üçündə qalib gəlib (“Ankara Demirspor” (Türkiyə) 3:1, “Aktobe” (Qazaxıstan) 3:1, Rostov (Rusiya) 1:0) və yalnız birində məğlubiyyətlə (“Salyut-Energiya” (Rusiya) 1:2) barışmalı olub.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi