Bir yumruqla 9 milyon dollar qazandı - Video

Bir yumruqla 9 milyon dollar qazandı - Video
VİDEO 1 Yanvar 2019 / 14:30 4437
-  A +

 ABŞ boksçu Floyd Meyvezer kikboksçu Tenşin Nasukava ilə şou döyüşündə rəqibini təxminən 2 dəqiqə ərzində nakauta salıb.

Qol.az-ın məlumatına görə, Tokioda keçirilən döyüşün əvvəlində rəqibinə yüngül zərbələr vuran və əsasən müdafiə olunan amerikalı boksçu daha sonra ardıcıl zərbələrə başlayıb və 1 dəqiqənin tamamında yapon döyüşçünü yerə sərib. 5-6 saniyə sonra ayağa qalxan Nasukavaya  45 saniyəyə qarnına və üzünə aldığı zərbələrin  ardından  yerdə qalıb.

Ayağa qalxan yapon döyüşçü Meyvezerin ardıcıl zərbələri ilə matçın bitməsinə 50 saniyə qalmış yenidən yıxılıb. Məşqçilərin rinqə çıxmasından sonra hakim matçı bitirərək amerikalı boksçunu qalib elan edib.

Bununla da məğlubiyyətsizlik rekordunu 51 döyüşə (peşəkar olmayan oyunlar daxil) yüksəldən 41 yaşlı boksçu bu döyüşdən 9 milyon avro qazanıb.



Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı