Xodukin yenə psixoloji problemlərdən şikayətləndi

XƏBƏR 21 Yanvar 2009 / 16:12 2412
-  A +

«Biz bugünkü oyunda da psixoloji cəhətdən problemlər yaşayırdıq». Qol.Az-ın Moskvadakı müxbirinin məlumatına görə, bu sözləri «Reqar-TadAZ»la oyundan sonra «İnter»in baş məşqçisi Valentin Xodukin söyləyib: “Dünən və bu gün mütləq qalib gəlməliydik. Bu, komandada psixoloji problem yaratmışdı. Üstəlik qapıçımız Vilsonun anası vəfat etdiyi üçün o, Braziliyaya getdi. Bu da futbolçulara təsir etdi. Bugünkü qələbəmiz kənardan asan görünə bilər. Amma psixoloji gərginliyi nəzərə alsaq, oyun bizim üçün çox çətin keçdi».


Son xəbərlər