"Bir az pul istədim, "yox" dedilər" - "Keşlə"dən ayrılan futbolçu

"Bir az pul istədim, "yox" dedilər" - "Keşlə"dən ayrılan futbolçu
MÜSAHİBƏ 25 Dekabr 2018 / 13:56 4548
-  A +

Qış fasiləsində "Keşlə"dən ayrılan Georgios Georgiadis Qol.az-a müsahibə verib. Gedişinin səbəbini açıqlayan yunanıstanlı yarımmüdafiəçi çempionatımız haqda da fikirlərini bölüşüb.

- Artıq "Keşlə"in futbolçusu deyilsiniz. Bakı klubundan niyə ayrıldınız?

- Klubla müqaviləm dekabr ayına kimi idi. Əvvəlcədən də razılaşmışdıq ki, fasilədən sonra oturub daha yaxşı maliyyə şərtləri olan yeni anlaşma haqda danışacağıq. Onlardan bir az pul istədim, "yox" dedilər, müqaviləni pozduq. Halbuki mən "Keşlə"yə gələndə komandanın cəmi 1 xalı var idi və son pillədə qərarlaşmışdı. İndi isə 12 xalı var. Bir qol vurub, 2 məhsuldar ötürmə etmişəm. Meydanda olduğun oyunlarda komanda yalnız "Neftçi" və "Səbail"ə uduzub.

- Əgər sirr deyilsə, "Keşlə"dən istədiyiniz məbləği açıqlaya bilərsiniz?

- Xeyr, bu barədə heç nə deyə bilmərəm. Çünki şəxsi məsələdir. Bu komandada qalmaq istərdim. Amma onlar istəmədilər. Yəqin, yerimə daha yaxşı futbolçu alacaqlar. Hər şey mövsümün sonunda bilinəcək.

- Təxminən 4 ay "Keşlə"nin formasını geyindiniz, bu klubun içində oldunuz. Sizcə, komandanın problemi nədir ki. hazırda autsayderlər qrupunda qərarlaşıb?

- Elə ciddi bir şey yoxdur, sadəcə, kiçik detallardır. Bəlkə də bəzi mövqelərə 1-2 yaxşı futbolçu alınsa idi, hər şey daha fərqli olardı. Düşünürəm ki, oyunçu götürməkdə gecikmişdilər və buna görə də çempionata yaxşı başlamamışdılar.

- Qısa müddət də olsa, Azərbaycan çempionatında çıxış etdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Hər şey yaxşı idi. Amma Premyer Liqanız digər ölkələrin çempionatı kimi güclü deyil. Buna baxmayaraq, təəssüratlarım müsbətdir. Xüsusilə Bakını çox sevdim. Möhtəşəm şəhərdir.

- Necə düşünürsünüz, Azərbaycan çempionatı ilə Yunanıstan Superliqasını müqayisə etmək olar?

- Əlbəttə ki, yox. Yunanıstanda çempionat daha gərgin və maraqlı keçir.

- Sizdən əvvəl də Azərbaycanda yunanıstanlı futbolçular çıxış edib. Maraqlıdır, bura gəlməzdən əvvəl kimdənsə məsləhət almışdınız?

- Xeyr, heç kimdən heç nə soruşmamışdım. Azərbaycanda az oynasam da, mənim üçün yaxşı təcrübə oldu.

- Qış fasiləsində yeni klub tapmaq çətindir. Bundan sonrası üçün nə düşünürsünüz? Təklifləriniz var?

- Bəli, bəzi təkliflər almışam. Yaxın günlərdə seçim edib, yekun qərarımı verəcəyəm.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı