“Rostov”un baş məşqçisi: “Xəzər-Lənkəran»a uduzmağa haqqımız yox idi”

XƏBƏR 21 Yanvar 2009 / 16:02 3127
-  A +

Dünən Antalyada keçirilən yoxlama matçında “Xəzər-Lənkəran”ın minimal hesabla üstələdiyi “Rostov”un baş məşqçisi Oleq Dolmatov Rusiya klubunun rəsmi saytına oyun haqda fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, o,  oyunun bərabər mübarizə şəraitində keçdiyini söyləyib: «Müəyyən zaman kəsiyində üstünlüyü ələ ala bilsək də, qol vurmaq istəyimiz alınmadı. Toplanışın sonuna doğru yorgunluğumuzun olması sözünü dedi. Amma bəraət qazanmaq niyyətində deyiləm».
Qol epizodu haqda danışan məşqçi deyib ki, əks-hücumlardan biri zamanı uzaq dirəyə doğru iti ötürmə verildi: «Burada isə rəqib forvard (İvan Svetkovdan - red.) imkanını savadlı şəkildə dəyərləndirdi. Desəm ki, xeyli yüzfaizlik qol imkanımız oldu düz çıxmaz. Bəli, təzyiq edirdik, amma hesab edirəm ki, hücum xəttimiz kifayət qədər iti və fəal oynamırdı. Oyundan çox narazı qaldığımı da deyə bilmərəm. Sadəcə üzərində işləməli olduğumuz nöqsanlar var».
Rəqibin Azərbaycanın ən güclü klublarından biri olduğunu deyən məşqçi «XL»də xeyli sayda legionerin oynadığını vurğulayıb: «Amma bu, bizim məğlubiyyətimizə bəraət qazandırmamalıdır. Rəqibə nə qədər hörmətlə yanaşsaq da, uduzmağa haqqımız yox idi».

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord