İl sona yaxınlaşdıqca futbol çempionatlarında da qış tətili başlanır. Artıq bir sıra liqalarda fasilə yarandığından bu həftəsonu əvvəlkilərlə müqayisədə oyun azdır. Amma yenə də proqnozsevərlərin seçim etmək üçün geniş imkanı qalır. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" şənbə-bazar günləri ümumilikdə müştərilərinə 412 qarşılaşma təklif edir. Bu matçlardan 308-i dekabrın 22-də, 104-ü isə həftənin son günündə oynanılacaq. 2 gün ərzində mərc edə biləcəyiniz "təkli" oyunların sayı 56-dır. Canlı mərcə çıxarılacaq görüşlərin sayı isə 100-dən artıqdır. Həftəsonun ən maraqlı duellərini nəzərinizə çatdırırıq.
22 dekabr. "Yuventus"-"Roma" (saat 23:30, kod 105)
Qış tətilinə hazırlaşan A seriyasında 17-ci turun bütün oyunlaır şənbə günü keçiriləcək. Turun mərkəzi görüşündə lider "Yuventus" prinsipial rəqiblərindən olan "Roma"nı qəbul edəcək. Bu barışmaz rəqiblərin 183-cü dueli olacaq. Statistikada aşkar üstünlük "Yuve"nin tərəfindədir: 85 qələbəyə qarşı 45 məğlubiyyət. "Roma"nın ayrıca "Turin sindromu" da var. "Canavarlar" sonuncu dəfə "Qoca Sinyora"nı səfərdə 7 il əvvəl məğlub edib. O da kubok görüşündə. A seriyasında isə romalıların sonuncu Turin zəfərinin üstündən 8 il vaxt keçir. A seriyasının yeganə məğlubiyyətsiz komandası olan "Yuve"nin 2018-i bu uğurlu seriya ilə başa vuracağına inanlar çoxdur, amma "Roma" da istənilən halda təhlükəli rəqibdir. Paytaxt komandasında zədəli qol silahı Edin Dzeko heyətdə olmayacaq. "Yuve"də eyni səbəbən Xuan Kuadrado və Barzaqli oynamayacaq. "Topaz"da canlı və "təkli" mərc edə biləcəyiniz bu prinsipial duelin əmsalları belədir: "Yuventus"un qələbəsi 1.35, heç-heçə 3.95, "Roma"nın qələbəsi 6.50.
22 dekabr. "Kasımpaşa" - "Beşiktaş" (saat 20:00, kod 104)
Türkiyə superliqasında 17-ci turun mərkəzi oyununda iki İstanbul klubu üz-üzə gələcək. Hazırda superliqada 26 xal toplayan 5 komanda var ki, onlardan da ikisi bir-biri ilə qarşılaşacaq. "Beşiktaş" 3-cü, "Kasımpaşa" 6-cı sırada qərarlaşıb. Məğlub tərəfin cədvəldə 2 pillə geriləcəyi real görünür. "Kasımpaşa"nın 2-ci sıradan düşməsi son 3 turda qələbə qazana bilməməsi ilə birbaşa bağlıdır. Elə "Beşiktaş" da son 2 oyunda heç-heçə oynamaqla "qızıl xallar" itirib. "Kasımpaşa" vacib görüşə itkisiz çıxacaq, "qara qartal"ın heyətində isə Pepe və Babel uzun müddətdir zədəlidir. Bu komandaların duelləri məhsuldarlığı ilə diqqət çəkir. Belə ki, tərəflər arasındakı son 12 görüşdən 11-i "üst" bitib. Bu dəfə nəyin necə olacağını "Topaz"da təxmin edə bilərsiz. Əmsallar: "Kasımpaşa"nın qələbəsi 2.40, heç-heçə 3.50, "Beşiktaş"ın qələbəsi 2.50.
23 dekabr. "Trabzonspor"-"Rizəspor" (saat 17:00, kod 718)
Qaradəniz derbisində iki qonşu şəhərin komandası qarşılaşacaq. Tərəflər hazırda fərqli vəziyyətdə olsa da, derbinin həmişəki kimi güzəştsiz keçəcəyi gözlənilir. 16 turda cəmi 1 qələbə qazanan rizəlilər sonuncu yerdədir, trabzonlular isə 4-cü sıradadır. Aralarındakı son 3 derbidə qonşuya uduzmayan "Trabzonspor" bu dəfə də qalib gələrsə, liderlər qrupunda yerini qoruyacaq. Superliqadan düşmə təhlükəsi ilə üz-üzə qalan "Rizəspor"a isə qələbə hava-su kimi vacibdir. "Topaz" Qaradəniz derbisinə bu əmsallarla mərc etmək olar: "Trabzonspor"un qələbəsi 1.45, heç-heçə 3.90, ""Rizəspor"un qələbəsi 5.
Bu və digər maraqlı oyunlara həftəsonu "Topaz"da mərc etmək mümkündür. Bu, sürətli qazanc üçün real imkan deməkdir. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu