Azərbaycanda qış transfer pəncərəsi bağlandı

Azərbaycanda qış transfer pəncərəsi bağlandı
PREMYER LİQA 9 Fevral 2019 / 10:21 114121
-  A +

Azərbaycanda 2018-2019 mövsümü üçün qış transfer pəncərəsi bağlanıb.

Qol.az-ın məlumatına görə, klublarımıza qış fasiləsində heyətlərini gücləndirmək üçün verilən 28 günlük müddət dünən gecə saat 00:00-da başa çatıb.

Qeyd edək ki, ölkəmizdə bu mövsüm qış transfer pəncərəsi yanvarın 12-də açılmışdı. 


“Neftçi”

Gələnlər: Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Qarabağ"), Aqil Məmmədov ("Qəbələ"), Vangelis Platellos (OFİ, Yunanıstan)

Gedənlər: Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt"), Kvame Karikari (icarə, "Əl Oruba" BƏƏ), Slavko Braliç, Dario Federiko, ("Daequ", Cənubi Koreya)

Müqavilə müddətini artıran
: Yoxdur

 

“Qarabağ”

Gələn: Reynaldo Silva ("Aktobe", Qazaxıstan), Hacıağa Hacılı ("Qəbələ"), Riçard Almeyda (icarə, "Astana")

Gedən:
Turan Vəlizadə ("Neftçi"), Coşqun Diniyev ("Sabah")

Müqavilə müddətini artıran: Yoxdur

 

"Səbail"

Gələn: Elvin Yunuszadə ("Sabah"), Oleksandr Rıbka ("Afyonspor")

Gedənlər: Edqar Paçeko, Emil Balayev ("Tobol", Qazaxıstan)

Müqavilə müddətini artıran: Yoxdur

 

“Sabah”

Gələnlər: Rəşad Eyyubov ("Neftçi"), Təmkin Xəlilzadə ("Qəbələ"), Coşqun Diniyev ("Qarabağ")

Gedənlər: Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov, Ülvi İbazadə, Elvin Yunuszadə ("Səbail")

Müqavilə müddətini artıran: Yoxdur

 

“Qəbələ”

Gələn: Anar Nəzirov ("Zirə"), David Volkovi ("Saburtalo", Gürcüstan)

Gedən: Təmkin Xəlilzadə ("Sabah"), Aqil Məmmədov ("Neftçi")

Müqavilə müddətini artıran: Yoxdur

 

“Sumqayıt”

Gələnlər: Rəşad Əzizli ("Neftçi"), Adil Nağıyev ("Zirə"), Aydın Bayramov ("Sabah"), Peyman Babayi (icarə, "Maşınsazi", İran), Peyman Keşavarz (“Yasan Al-Vaste”, Oman), Əmir Ağayev ("Hapoel")

Gedənlər: Orxan Əliyev, Orxan Sadıqlı (icarə müddəti başa çatıb), Bəxtiyar Həsənalızadə ("Zirə")

Müqavilə müddətini artıran: Yoxdur

 

“Keşlə”

Gələnlər: Vüsal İsgəndərli ("Zirə"), Con Kamara ("Kaysar", Qazaxıstan), Valeri Kutsenko ("Sperantsa", Moldova), Luis Anxelo Pena ("Mineros", Venesuela)

Gedənlər: Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev, Orxan Sadıqlı ("Zirə"), Diallo Quidileye

Müqavilə müddətini artıran: Yoxdur

 

“Zirə”

Gələn: Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Orxan Sadıqlı ("Keşlə"),  Mfo Kqasvane (“Baroka”), İsmail Fofana ("Vayvodina", Serbiya), Xulio Sezar Rodriqez ("Deportivo Kapiata", Paraqvay), Robin Nqalande (“Baroka”)

Gedənlər: Adil Nağıyev ("Sumqayıt"), Vüsal İsgəndərli, Anar Nəzirov ("Qəbələ")

Müqavilə müddətini artıran: Yoxdur

Daha çox


Son xəbərlər