Namiq Məstanov: “Turan”a rəhbərlik edən şəxslər arasında heç vaxt problem olmayıb”

XƏBƏR 21 Yanvar 2009 / 15:57 2680
-  A +

“Müxtəlif dövrlərdə “Turan”a rəhbərlik edən şəxslər arasında heç vaxt problem olmayıb”. Bu sözləri uzun müddüət “Turan”da rəhbər şəxslərdən biri olmuş Namiq Məstanov Qol.Az-a açıqlamasında deyib. O, müxtəlif vaxtlarda “Turan”a rəhbərlik edən şəxslərin bir-biri ilə yaxşı münasibətdə olmaması səbəbindən Tovuz futbolunun hazırkı vəziyyətə gəlib düşməsinə dair son vaxtlar yayılan söz-söhbətləri təkzib edib: “Bu söhbəti yayanların özləri “Turan”ın hazırkı duruma düşməsində günahkardılar. Tamamilə yalnış bir informasiyadır. Mən özum 12 il bu klubda işləmişəm və sizi əmin edirəm ki, “Turan”a müxtəlif vaxtlarda, o cümlədən indi rəhbərlik edən şəxslər arasında heç vaxt problem olmayıb və ola da bilməz. İstər Vidadi Əhmədov, istər Tahir Yusufov, istərsə də Rəşid Məhərrəmov və Yaşar Sultanov arasında həmişə çox gözəl münasibət olub və bu gün də var. Şəxsən öz adımdan deyə bilərəm ki, hazırkı prezident Elçin Süleymanovla yaxın dostuq. Biz hər zaman bacardığımız qədər “Turan”a maddi və mənəvi dəstək olmuşuq. Amma təəssüf ki, Tovuzda bunun əskini edənlər də var”.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı