"Premyer Liqada "Neftçi” və "Qarabağ”dan başqa hamı eyni səviyyədədir"

"Premyer Liqada "Neftçi” və "Qarabağ”dan başqa hamı eyni səviyyədədir"
MÜSAHİBƏ 19 Dekabr 2018 / 21:26 2604
-  A +

"Səbail"in kapitanı Rahid Əmirquliyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə"yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın xəbərinə görə, təcrübəli yarımmüdafiəçi əvvəlcə görüş haqda danışıb.



- Bizim üçün ən vacib oyunlardan biri olduğunu bilirdik. İstədiyimiz nəticəni qazanmağa gücümüz də var idi. Matça yaxşı başlamışdıq və qolu da vurduq. Qoldan sonra nə oldu bilmirəm. Üstünlüyü "Zirə”yə verdik. Belə halda hesabı qoruyub saxlamaq çətindir.
 
- Vurduğunuz qoldan sonra çox sevindiniz. Bəlkə, bu komandada arxayınçılıq yaratdı?

- Birinci matçı 0:1 hesabı ilə uduzmuşduq. Bilirdik ki, qol vurmalıyıq. Bir qolun da bizə kifayət etməyəcəyini yaxşı bilirdik. Qol vurandan sonra sevinmək normal haldır. Sevinməliyik.
 
- "Zirə”nin vurduğu birinci qol sanki "Səbail”i sındırdı. Bunu nə ilə əlaqələndirirsiniz? Birinci hissədəki istəkli komandanı ikinci yarıda görə bilmədik.

- Qolu ilk hissənin sonlarında buraxdıq. İkinci hissəyə 1:0 üstün yollansaydıq, hər şey başqa cür olacaqdı. 1:1 olandan sonra 2 qol vurmalıydıq.
 
- İki qol vuracağınıza inam var idi?

- Bəli. İnanırdıq. Amma istəyirdik ki, ikinci qolu tez vuraq. Alınmadı. "Zirə” də zəif komanda deyil. Bizi istədiyimiz kimi oynamağa qoymadılar.
 
- Ölkə kubokunda mübarizəni dayandırdınız. Bütün diqqəti Premyer Liqaya yönəldəcəksiniz?

- Əlbəttə. Hazırda çempionatda üçüncü pillədəyik. Fasilədən sonra da ən azı bu yeri qorumağa çalışacağıq.
 
- "Qəbələ” və "Sumqayıt” kimi klubların yaxşı vəziyyətdə olmaması "Səbail”in Premyer Liqada üçüncü pilləyə yüksəlməsi ilə nəticələndimi?


- Düşünürəm ki, Premyer Liqada "Netçi” və "Qarabağ”dan başqa hamı eyni səviyyədədir. Ona görə də inanırıq ki, üçüncü yer üçün oynamaq olar. Yəqin ki, komanda qışda güclənəcək. Ən azından çalışacağıq ki, yerimizi qoruyaq.
 
- Azarkeşlər arasında belə bir fikir var ki, Rahid Əmirquliyev əvvəlki illərə nisbətən geriləyib. Əvvəlki formaya qayıtmaq mümkündürmü? "Qarabağ”a keçmək sizi geri saldımı?

- "Qarabağ”a keçəndən sonra çox az oynadım. Zədəm də oldu. Düşünmürəm ki, problemsiz futbolçu olsun. Hər kəsin öz problemləri var. Mən də çalışıram ki, yaxşı məşq edib və formaya düşüm. Vaxt var. Həmin formaya qayıtmaq üçün çox çalışacağam.
 
- Milli komandaya yeni baş məşqçi təyin olunacaq. Bu mütəxəssis əcnəbi olacaq. Milli komandanın da üzvüsünüz, bu barədə nə deyə bilərsiniz?

- Qurban müəllim milli ilə vidalaşdı. Bu futboldur. Belə hallarla tez-tez rastlaşırıq. Qurban Qurbanova uğurlar arzulayıram. O, Azərbaycanda öz sözünü deyən məşqçilərdəndir. Yığmaya kim gələcək bilmirəm. Həmin mütəxəssisin kimləri yığmaya dəvət edəcəyi də sual altındadır. Biz daim çalışmalıyıq ki, formada olaq.
 
- "Qarabağ” və "Neftçi” klublarının eyni səviyyədə olduğunu vurğuladınız. Bu iki komandanın çempionluq yarışında hansını favorit hesab edirsiniz?

- "Qarabağ”ın favorit sayıram. İki komandaya da uğurlar arzulayıram. Amma düşünürəm ki, "Qarabağ” qış fasiləsindən sonra birinci olacaq.
 

Daha çox


Son xəbərlər