"İki qol vurduğum üçün sevincliyəm" - "Zirə"nin futbolçusu

"İki qol vurduğum üçün sevincliyəm" -  "Zirə"nin futbolçusu
ÖLKƏ FUTBOLU 19 Dekabr 2018 / 20:00 2589
-  A +

"İlk dəqiqələrdə qol buraxmaq komandaya psixoloji cəhətdən çətinlik yaradır. Amma komanda halında yaxşı mübarizə aparıb, istəyimizə nail olduq”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Adil Nağıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"ə səfərdə 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib. O, iki qol vurduğu üçün sevincli olduğunu söyləyib:
 
“Çətin oyun oldu. Bizə qələbə lazım idi. Çünki Avroliqaya ən rahat gedən yol kubokdan keçir. İlk oyunda evimizdə qələbə qazanmışdıq. Bu oyun da yaxşı nəticə qazanıb, yarımfinala çıxmaq istəyirdik. Bacardığımızı ortaya qoyduq. İlkin Qırtımov zədələndikdən sonra onun yerinə oyuna mən girdim. Baş məşqçimiz də sağ olsun mənə şans verdi. Çalışdım ki, komandam üçün əlimdən gələnin ən yaxşısını edim. İki qol vurduğum üçün sevincliyəm, ancaq əsas odur ki, komandamız nəticə qazandı”.

23 yaşlı müdafiəçi kubokda maksimum nəticə qazanmaq istədiklərini bildirib: “Hər iki rəqib də yaxşıdır. Bizim üçün fərqi yoxdur. “Neftçi”, yaxud “Sumqayıt” fərq etməz. Çalışacağıq ki, finala adlayaq. Hazırda vəziyyət elədir ki, çempionatda işlərimiz heç də yaxşı getmir. Avrokuboklara getmək üçün kubokda maksimum irəliləməliyik”.

Daha çox


Son xəbərlər