"Mənə də maraqlıdır, klub prezidentindən soruşun" - Dedov

"Mənə də maraqlıdır, klub prezidentindən soruşun" -  Dedov
ÖLKƏ FUTBOLU 19 Dekabr 2018 / 19:15 2872
-  A +

"Zirə"nin hücumçusu Aleksandr Dedov Azərbaycan kubokunun 1/4 finalının "Səbail"lə cavab oyunundan (3:2) sonra jurnalistlərə müsahibə verib.

Qol.az xəbər verir ki, moldovalı futbolçu əvvəlcə qarşılaşma haqda danışıb.


- Oyun bizim üçün çətin alındı. Çünki erkən qol buraxdıq. Amma düşünürəm ki, bu bizi daha da motivasiya etdi. Biz bu oyunu udmaq istəyirdik.

- Buraxılan qoldan sonra sanki daha yaxşı oynamağa başladınız..

- Çünki oyuna çıxıb qalib gəlmək istəyirdik. 0:0 və ya 1:1 haqda düşünmürdük. Məqsədimiz qalib gəlmək idi. Hamı işinin öhdəsindən yaxşı gəldi. Komandanı təbrik edirəm.

- Mükafat olacaq?

- Hələ heç kim heç nə açıqlamayıb. Prezidentdən soruşun, mənim özümə də maraqlıdır.

- Hər oyun demək olar ki, Samir Abasov daha çox sənə qışqırır. Bu səni narahat edir?

- O, öz göstərişlərini verir. Onun göstərişləri mənə kömək olur. Baş məşqçi nəyisə deyəndə, bu yaxşıdır. Bu məni daha motivasiya edir. O, düzgün edir, mən də dediklərini 100 faiz yerinə yetirməyə çalışıram.

- Yarımfinalda hansı rəqibi gözləyirsiz?

- Mənim üçün fərqi yoxdur. Həm "Neftçi", həm də "Sumqayıt" yaxşı komandadır.

- Builki  çıxışınızı necə dəyərləndirirsən?

- Yaxşı keçirmədik. Hazırda liqada son pillədəyik. İndi hamı istirahət edəcək. Hər şeyi daha düzgün etməyə hazırlaşacağıq. Məqsədimiz avrokuboklara yollanmaqdır.

- Komandadan ayrılacağınla bağlı söz-söhbət gedir. Bu doğrudur?

- Mənim təklifim yoxdur. Olsa, danışacağıq. Maya qədər müqaviləm var.

- Kuboku götürməyiniz realdır?

- Biz indi yarımfinaldayıq. Finala çıxmaq üçün yarımfinalı keçməliyik. Yarımfinalda hələ iki oyunumuz var. Ancaq istənilən halda kuboku götürməyimiz realdır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı