Obameyanqa banan qabığı atan azarkeşə ağır cəza

Obameyanqa banan qabığı atan azarkeşə ağır cəza
DÜNYA FUTBOLU 19 Dekabr 2018 / 17:36 3238
-  A +

Məhkəmə İngiltərə Premyer Liqasının 14-cü turunda "Totenhem”lə matçda qol vuran  “Arsenal”ın futbolçusu Pyer-Emerik Obamyanqa banan qabığı atan azarkeşi cəzalandırıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, azarkeş irqçi hərəkət etdiyi üçün ona stadionlara 4 illik girmə qadağası qoyulub və  635 avro məbləğində cərimələnib.

Bundan başqa “Totenhem” klubu da ona ömrünün sonunadək komandanın oyunlarına gəlmək qadağası tətbiq edib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki