Deviç yenə oynamayacaq, Ramosun cəzası bitdi

Deviç yenə oynamayacaq, Ramosun cəzası bitdi
XƏBƏR 19 Dekabr 2018 / 13:25 1313
-  A +

"Sabah" ölkə kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə cavab oyununa ciddi itki ilə çıxacaq.

Klubdan Qol.az-a verilən məlumata görə, zədə səbəbindən ilk görüşü buraxan Marko Deviç sabahkı matçda da oynaya bilməyəcək. Əvəzində isə komandanın paraqvaylı yarımmüdafiəçisi Erik Ramos meydanda olacaq. Hələ "Neftçi"də çıxış edərkən 2015/2016 mövsümündə "Qarabağ"la ölkə kubokunun final qarşılaşmasında (0:1) qırmızı vərəqə görən və 2 oyunluq cəzalandırılan 31 yaşlı futbolçunun cəza müddəti başa çatıb.

Qeyd edək ki, sabah "Əlincə Arena"da keçiriləcək "Sabah" - "Qəbələ" matçı saat 16:00-da başlayacaq. Qəbələdəki ilk oyunda əyalət təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı