"Evimə gəldiyim üçün xoşbəxtəm" - Reynaldo

"Evimə gəldiyim üçün xoşbəxtəm" - Reynaldo
ÖLKƏ FUTBOLU 19 Dekabr 2018 / 09:54 5031
-  A +

"Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la bu gün 2.5 illik müqavilə imzalayan Reynaldo deyib.

Klubun rəsmi saytına danışan braziliyalı hücumçu daha sonra bildirib: "Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".

Xatırladaq ki, 2013-2016-cı illərdə Ağdam klubunda çıxış edən Reynaldo 89 oyunda 47 qol vurub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord