"Mançester Siti" yarımfinalda - Liqa kuboku

"Mançester Siti" yarımfinalda - Liqa kuboku
XƏBƏR 19 Dekabr 2018 / 02:42 2797
-  A +

İngiltərə Liqa kubokunda ilk yarımfinalçılar müəyyənləşib.

Qol.az-ın məlumatına görə, 1/4 finalda "Lester"i əsas və əlavə vaxtı 1:1 başa çatan matçın penaltilər seriyasında mübarizədən kənarlaşdıran "Mançester Siti" adını turnirin 4 ən güclü komandası arasına yazdırıb. Digər yarımfinalçı isə səfərdə "Midlsbro"nu minimal hesabla məğlub edən "Berton Albion" klubu olub.

Qeyd edək ki, Liqa kubokunda son iki yarımfinalçı isə bu gün müəyyənləşəcək.


İngiltərə Liqa kuboku, 1/4 final mərhələsi

18 dekabr

"Lester" - "Mançester Siti" - 1:1 (Penaltilər seriyasında - 1:3)
Qollar: Kevin De Brüyne, 14 (0:1), Mark Olbrayton, 73 (1:1)

"Midlsbro" - "Berton Albion" - 0:1
Qol:
Ceyk Hesket, 48


19 dekabr

"Arsenal" - "Tottenhem"

"Çelsi" - "Bornmut"

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord