"Səbail"in 3 rəqibi bilindi

"Səbail"in 3 rəqibi bilindi
XƏBƏR 18 Dekabr 2018 / 17:27 1612
-  A +

“Səbail” yanvarın 12-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

Qol.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, komanda hazırlıq prosesi ərzində dörd yoxlama oyunu keçirəcək. Rəqiblərdən üçü artıq bəllidir.

“Səbail” yanvarın 15-də “Aqvital” (Macarıstan), 21-də “Desna” (Ukrayna), 24-də isə “Kaysar” (Qazaxıstan) klubları ilə qarşılaşacaq.

Paytaxt klubunun qarşılaşacağı 4-cü rəqib isə hələ dəqiqləşməyib.


Son xəbərlər