"Sabah"ın rəqiblərindən ikisi dəqiqləşdi

"Sabah"ın rəqiblərindən ikisi dəqiqləşdi
ÖLKƏ FUTBOLU 18 Dekabr 2018 / 15:20 1471
-  A +

Yanvarın 2-dən 23-dək Antalyada təlim-məşq toplanışında olacaq "Sabah"ın hazırlıq prosesində keçiriəcəyi yoxlama oyunlarındakı rəqiblərindən ikisi dəqiqləşib.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Elşad Əhmədov məlumat verib. Onun sözlərinə görə, debütant yanvarın 16-da Qazaxıstan "Tobol"u ilə qarşılaşacaq. Ayın 19-da isə Macarıstanın "MTK Budabeşt" klubu ilə görüş nəzərdə tutulub. Hazırda bu istiqamətdə danışıqlar davam edir.

Digər iki rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, "Sabah" Türkiyədə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord