Burak Yılmaz Çinə qayıdır

Burak Yılmaz Çinə qayıdır
DÜNYA FUTBOLU 18 Dekabr 2018 / 14:20 2729
-  A +

“Trabzonspor”un hücumçusu Burak Yılmaz yenidən Çinə qayıtmaq istəyir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı futbolçu Çin Superliqasında çıxış edən “Quançao Everqrand”a keçə bilər.

Klubunda işləri yaxşı getməyən və baş məşqçi Ünal Karamanla gərginlik yaşayan futbolçunun meneceri Özkan Doğanın Çin klubunun çalışdırıcısı Fabio Kannavaro ilə görüşdüyü iddia edilir.

Qeyd edək ki, daha əvvəl Çinin “Beyinq Quan” klubunda çıxış edən Burak ötən mövsümün əvvəlində 3.5 milyon avroya “Trabzonspor”a transfer olunub.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı