"Anderlext" baş məşqçisini göndərdi

"Anderlext" baş məşqçisini göndərdi
DÜNYA FUTBOLU 18 Dekabr 2018 / 14:39 1464
-  A +

Belçikanın “Anderlext” klubu baş məşqçisi Heyn Vanhazebrukla yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadənn yaydığı xəbərə görə,  54 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsində uğursuz çıxışdan sonra istefaya göndərilib. Yeni baş məşqçi müəyyənləşənədək komandaya Kərim Belhosin rəhbərlik edəcək.

“Anderlext” Avropa Liqasında yer aldığı D qrupunda 3 xalla sonuncu yeri tutub. Komanda keçirdiyi 6 oyunda cəmi 2 qol vurub.

Qeyd edək ki, Vanhazebruk 2017-ci ilin oktyabrından “Anderlext”ə rəhbərlik edirdi.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi