"Azərbaycanda işləmək daha rahat idi" - ispaniyalı məşqçi

"Azərbaycanda işləmək daha rahat idi" - ispaniyalı məşqçi
XƏBƏR 18 Dekabr 2018 / 13:30 3425
-  A +

"Qəbələ" əvəzedici komandasının sabiq baş məşqçisi Luis Araqon Azərbaycandakı karyerasını xatırlayıb.

Qol.az-ın məlumatına görə, "AS" nəşrinə müsahibə verən ispan mütəxəssis əyalət klubundakı işindən də danışıb. O bildirib ki, "Qəbələ"də çalışmaq məşqçilik karyerasının inkişafına müsbət təsir göstərib:

"Azərbaycanda işləmək daha rahat idi. "Qəbələ"də 3 il keçirdim və bütün məşqçi kateqoriyalarını aldım, hətta əsas komandanın baş məşqçisi də oldum. Ona görə də düşünürəm ki, bu, mənim inkişafıma kömək edən xoş təcrübə oldu. Sloveniyada da qala bilərdim. Çünki orda da xeyli təcrübə qazandım".

Qeyd edək ki, L. Araqon 2012-2015-ci illərdə "Qəbələ"də çalışıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki